COUNTING BOARD

n hesablayıcı komissiya (seçkidə)

COUNTERWROUGHT
COUNTING-HOUSE
OBASTAN VİKİ
Arndale Board
Arndale Board bir-çox imkanlara sahib olan, ARM Cortex-A15 MPCore prosessoru üzərində Cənubi Koreyada yaradılmış bir-lövhəli kompüterdir. == Xüsusiyyətləri == Arndale Board dörd hissədən ibarətdir: Mərkəzi Prosessor lövhəsi, Əsas lövhə, Audio lövhəsi, və Konnektorlar lövhəsi.
Beagle Board
Beagle board — Texas Instruments və Digi-Key şirkətləri tərəfindən yaradılmış ucuz başa gələn bir-lövhəli kompüterdir. Öncəliklə BeagleBoard OMAP3530 mikroprosessorunun imkanlarını nümayiş etdirmək məqsədiylə Open Source icması ilə sıx əməkdaşlıqla yaradılmışdır. == Xüsusiyyətləri == Lövhənin ölçüləri təqribən 75 х 75 mm təşkil edir. Lövhənin mərkəzi prosessoru olan OMAP3530 ARM Cortex-A8 nuvəsindən ibarət, tərkibində rəqəmsal siqnal prosessoru olan TMS320C64x+ (video- və audioməlumatların emalını sürətləndirir) və PowerVR SGX530 (2D/3D qrafika sürətləndiricisi, OpenGL ES 2.0 dəstəkləyir) video prosessorundan ibarətdir. . Lövhədə aşağıdakı konnektorlar mövcuddur: S-VIDEO HDMI SD/MMC yaddaş kartları üçün slot USB OTG RS-232 JTAG 3,5 mm in/out audio. DYQ (daimi yaddaş qurğusu) və OYQ (operativ yaddaş qurğusu, RAM) eynidir və 256 Mb təşkil edir. POP korpusunun (cip-içində cip) sayəsində yaddaş lövhə üzərində əlavə yer tutmur. Lövhə 2 Vt enerji işlədir, USB uzərindən ya da qida blokundan qialana bilər. Az enerji sərfiyyatına görə qızmır və əlavə soyutmaya ehtiyac görülmür. 27 avqust 2010 -cu ildə BeagleBoard-ın müasirləşdirilmiş versiyası olan BeagleBoard-xM dünya üzü gördü.
NF-Board
Yeni Federasiyalar Şurası — NF-Board (Nouvelle Fédération-Board — Yeni Federasiyalar Şurası) mövcud xüsusi vəziyyətləri səbəbi ilə FİFA-ya üzv olmayan BMT tərəfindən tanınmamış ölkələr və ya muxtar qurumlar kimi ərazilərin beynəlxalq futbol görüşlərini keçirmələri üçün 12 dekabr 2003-cü ildə qurulmuş bir təşkilatdır. Qeyri-rəsmi olaraq bu ifadə Non-FİFA adlanır. Non-FİFA-nın əsas məqsədi üzvləri arasında turnirlər təşkil etməkdir. Bu səbəbdən 2006-cı ilin dekabr ayında Dünya Kubokunu təşkil etmişdir.
Panda Board
PandaBoard — Texas Instruments OMAP4430 (ARM Cortex-A9 nüvəli) bazasında yaradılmış bir-lövhəli və ucuzlu kompüterdi. 2010-cu ilin oktyabrında (subsidiya olunmuş) qiyməti 174 $ təşkil edirdi. Developerlər üçün nəzərdə tutulub. PandaBoard ES — OMAP4460 (çip üzərində sistem (SoC)) bazasında yaradılmış lövhənin daha yeni versiyasıdır, hardakı mərkəzi və video nüvə daha yüksək tezlikdə işıəyir. 2011-ci ilin noyabrından 182 $ qiymətində satışda mövcuddur. İlk versiyada 1 GHz tezliyində işləyən 2 nüvəli mərkəzi ARM Cortex-A9 MPCore və 304 MHz tezliyində işləyən SGX540 qrafik nüvəli OMAP4430 prosessoru, C64x siqnal prosessoru və 1 GB RAM (DDR2 SDRAM) vardır. PandaBoard ES isə 1.2 GHz tezliyində işləyən 2 nüvəli mərkəzi və 348 MHz tezliyində işləyən qrafik nüvəli OMAP4460 prosessorundan istifadə edilir. Məlumatların saxlanması üçün SD kartdan istifadə edilir. SDHC tipli 32Gb-tadək yaddaş kartları dəstəklənir. Lövhə üzərində 10/100 Ethernet, Wi-Fi, Bluetooth vardır.
Entertainment Software Rating Board
Entertainment Software Rating Board (ESRB) - ABŞ və Kanadada kompüter video-oyunları və başqa əyləncəli proqram təminatı üçün reytinqlərin qəbul və təyin olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı. 1994-cü ildə Interactive Digital Software Association (indiki adı – Entertainment Software Association) tərəfindən yaradılıb. Oyunun reytinqi məhsulun bağlamasının üzərində çap olunur, onun reklamında yerləşdirilir və saytında göstərilir. İstehsalçı şirkət rəsmi olaraq satışa buraxılmayanadək ona reytinq almağa borclu deyil, çünki işlənib hazırlanma gedişində oyunun məzmunu əhəmiyyətli dərəcədə dəyişilə bilər. Reytinq iki hissədən ibarətdir: reytinq nişanından və məzmunun qısa təsvirindən. Reytinq nişanı, adətən, bağlamanın üz tərəfində sol, yaxud sağ aşağı küncdə yerləşir və oyun üçün ən münasib yaş kateqoriyasını müəyyənləşdirir. Məzmunun təsviri qutunun arxa tərəfində, adətən, sol, yaxud sağ aşağı küncdə yerləşdirilir və oyunun məzmunun bəzi elementlərini sadalayır. ESRB reytinqlərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlanğıc hərfləri göstərilir. Hazırda aşağıdakı loqotiplərdən istifadə olunur: • “EC” (“Early childhood”) – “Kiçik yaşlı uşaqlar”; • “E” (“Everyone”) – “Hər kəs”; • “E10+” (“Everyone 10 and older”) – “10 yaşdan yuxarı hər kəs”; • “T” (“Teen”) – “Yeniyetmələr”; • “M” (“Mature”) – “Yetkin yaşlılar”; • “AO” (“Adults Only 18+”) – “Yalnız böyüklər”; • “RP” (“Rating Pending”) – “Reytinq gözlənilir”. Əvvəllər mövcud olmuş “K-A” (“Kids to Adults”) – “Uşaqdan böyüyədək” reytinqi 1998-ci ildə “E” (“Everyone”) ilə əvəz olunub.
International Research & Exchanges Board
IREX (International Research & Exchanges Board) — beynəlxalq qeyri-kommersiya təşkilatı olub təhsilin keyfiyyətinin yüksəldilməsi, müstəqil medianın gücləndirilməsi və plüralist vətəndaş cəmiyyətinin inkişafı məqsədilə liderlik və innovativ proqramlar təklif edir.